Novruz bayramı ərəfəsində növbəti ümumrayon iməciliyi keçirilib.
15 mart 2025 | 17:18
Təmizlik aksiyasında idarə, təşkilat və müəssisələrin kollektivləri eləcədə sakinlər aktiv iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, sakinlərlə birlikdə təmizlik aksiyasında iştirak edib. Aksiya çərçivəsində Xaçmaz şəhəri və Qaraqurdlu qəbiristanlıqlarında məzarlıqların ətrafında səliqə-sahman yaradılıb, ərazi otlardan və kol-kosdan təmizlənib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə söhbət zamanı qəbiristanlıqların təmiz saxlanılmasının, təmizlik aksiyalarını mütəmadi olaraq davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sakinlər belə təmizlik aksiyalarının təşkilini yüksək qiymətləndirib.