Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda təmizlik işləri aparılıb.

12 mart 2024 | 12:45
Xaçmaz rayonunda hər il ənənəvi olaraq keçirilən ümumrayon iməciliyində sakinlər aktiv iştirak ediblər.
Rayonunun bütün qəbiristanlıqlarını əhatə edən aksiyada məzarlıqların ətrafında səliqə-sahman yaradılır, ərazi otlardan və kol-kosdan təmizlənir.
İməcilik çərçivəsində magistral və kənd daxili yolların kənarında təmizlik işləri aparılır, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir.
Xaçmaz rayonunda analoji aksiyalar davam etdiriləcək.
Keçidlər