Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində Şəxsiyyətlər parkı əsaslı təmir olunub.

17 mart 2025 | 17:26
Novruz bayramı ərəfəsində Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən Şəxsiyyətlər parkı əsaslı təmir olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və bir qrup ziyalı əsaslı təmir olunan parkda yaradılan şəraitlə tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz şəhərində, eləcədə qəsəbə və kəndlərdə abadlıq, quruculuq işlərinin mərhələli şəkildə davam etdiriləcəyini bildirib.
Sakinlər yaradılan şəriti yüksək qiymətləndirib, görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, əsaslı təmir olunan Şəxsiyyətlər parkının funksionallığı artırılaraq sakinlərin rahat və mənalı istirahəti təmin olunub. Yeni dekorativ ağac və gül kolları əkilib, oturacaqlar qoyulub. Ərazidə avtomobillərin rahat və təhlükəsiz hərəkəti üçün asfalt örtük vurulub, velosiped həvəskarları üçün xüsusi zolaqlar ayrılıb, piyada keçidləri salınıb. Müasir dizayn əsasında yenilənən istirahət məkanının gecə işıqlandırma sistemi Xaçmaz sakinlərinin və şəhərə gələn qonaqların könlünə oxşayacaq.
Parkın mərkəzindən keçən avtomobil yolunun bərpa edilməsi isə sürücülər Heydər Əliyev prospekti ilə birbaşa hərəkət etməsinə imkan yaradır.
Keçidlər