Şriftin ölçüsü :

Saytın rəngi :

"Peşəmizi Sevirik" adlı satış yarmarkası təşkil olunub.

01 noyabr 2024 | 18:02
"Peşəmizi Sevirik" adlı satış yarmarkası təşkil olunub.
Xaçmaz rayonunda yerləşən Zəfər parkında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən peşə təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət "Peşəmizi Sevirik" adlı satış yarmarkası təşkil olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,YAP Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümyəndələri yarmaka ilə tanış olublar.
Əsas məqsəd şagirdlərin əldə etdikləri ilkin peşə bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlar arasında sağlam rəqabət hissi formalaşdırmaq, məktəbliləri əmək bazarına hazırlamaq, ətraf mühitə fəal inteqrasiyasını təmin etməkdən ibarətdir.
Sərgidə regionda fəaliyyət göstərən 12 məktəb üzrə 100-dən çox əl işi nümayiş olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Zəfər parkını gəzərək şagirdlərin əl işlərindən ibarət sərgi stendləri ilə tanış olub. İcra başçısı tədbirin əhəmiyyətini yüksək qiymətləndirib və belə layihələrin davam etdirilməsini tövsiyyə edib.
Qeyd edək ki, yarmarkadan əldə olunan vəsait Qarabağ Dirçəliş Fonduna köçürüləcək.
Keçidlər