Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
04 oktyabr 2022 | 16:47
Sərəncama əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin müəllimi Bayramova Xuraman Xanbala qızına “Əməkdar müəllim” fəxri adı verilib. Xaçmaz şəhər Mehman Babayev adına 1 saylı tam orta məktəbin müəllimi Mərdanova Rəhilə Tahir qızı isə “Tərəqqi” medalı ilə təltif edilib.
Hər iki təhsil içisini təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.