Şriftin ölçüsü :

Saytın rəngi :

“Qayalı” Marketlər Şəbəkəsinin növbəti filialının açılışı olub.

24 fevral 2023 | 09:59

Dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğıdan bəhrələnərək hər zaman özəl sektorun inkişafına töhfə verən “Qayalı” Marketlər Şəbəkəsi Xaçmaz şəhərində növbəti ticarət mərkəzini vətəndaşların ixtiyarına verib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanların rəhbərləri, şəhid ailələri, qazilər və müharibə veteranları ilə birlikdə marketdə yaradılan şəraitlə tanış olub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Xaçmaz rayonunda sahibkarlığın inkişafı və əhalinin məşğulluğunun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “Qayalı” Marketlər Şəbəkəsinin növbəti filianın istifadəyə verilməsidə yeni iş yerlərinin açılması və 250-dək şəxsin daimi işlə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qonaqlara məlumat verilib ki, marketdə bol çeşidli məhsullar alıcılara ucuz qiymətlərə təklif olunur. Həmçinin filialllarda xüsusi günlərdə müxtəlif endirim kompaniyalarıda keçirilir. Sonda “Qayalı” Marketlər Şəbəkəsinin yeni filialı ilə tanış olan şəhid ailələrinə sovqatlar təqdim olunub.

Keçidlər