Qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tələbə adını qazanan məzunları təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğıdan danışan icra başıçısı ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Xaçmaz rayonundada ardıcıl işlərin görüldüyünü vurğulayıb. Qeyd edib ki, hazırda Qusarçay kəndində mövcud məktəb binasının əsaslı təmiri və əlavə tədris korpusunun inşası davam etdirilir. İlin sonunadək daha 7 məktəb üçün yeni binanın tikintisinə başlanılacaq.
Digər çıxış edənlər qəbul imtahanlarında əldə olunan uğurlardan danışıblar. Xaçmaz rayonu üzrə bu il tələbə adını qazanan məzunlardan 80 nəfəri 500-dən, 12 nəfəri isə 600-dən yüksək bal toplayıb. Tələbə olanlar sırasında Vətən müharibəsinin iştirakçısı, əvvəlki illərin məzunu Cavidan Rəhmətovda var.
Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda tələbə adının qazanan Vətən müharibəsi iştirakçısı Cavidan Rəhmətov və yüksək bal toplayan məzunlar Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən mükafatlandırılıb. Vətən müharibəsi iştirakçısı Cavidan Rəhmətovda canlandırdığı rəsm əsərlərindən birini icra başçısına hədiyyə edib.