Şriftin ölçüsü :

Saytın rəngi :

Qusarçay kəndində məktəb binasının əsaslı təmiri davam edir

04 may 2023 | 16:10
Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, təhsil ocağı üçün iki yeni korpusun inşası da həyata keçirilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev məktəbdə aparılan yenidənqurma işləri ilə tanış olub. İcra başçısına məlumat verilib ki, iki yeni korpusun inşasından sonra məktəb binası 48 sinif otağı, 4 laboratoriya, müxtəlif fənn kabinetləri, akt və idman zalları, kitabxana eləcədə 360 yerlik yeməkxanadan ibarət olacaq. Burada eyni vaxtda 960 şagirdin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılacaq.
Yenilənən məktəb binası bilik günündə qapılarını müəllim və şagirdlərin üzünə açacaq.
Keçidlər