"Regionların inkişafında Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.
25 aprel 2025 | 15:58
Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz Heydər Əliyev Mərkəzi, Rayon Təhsil, Gənclər və İdman sektorlarının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Regionların inkişafında Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verib, dahi rəhbərin keçdiyi şərəfli və mənalı həyat yolundan, dövlətimizin, xalqımızın bu günü üçün etdiyi fədakarlıqlardan söhbət açıblar. Qeyd edilib ki, ömrünü və bütün həyatını xalqına, dövlətə xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.