Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xaçmaz rayonunda qəbul keçirib
09 fevral 2024 | 14:23
Görüşdən əvvəl nazir Rəşad Nəbiyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi düzüblər.
Xaçmaz, Quba və Qusar rayon sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.