Şriftin ölçüsü :

Saytın rəngi :

Rus Pravoslavları Milad bayramını qeyd ediblər

07 yanvar 2024 | 15:05
Xaçmaz rayonunda yerləşən Rus Provaslav kisəsində milad bayramı qeyd edilib. Rayonda yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar. Bayramla əlaqədar xüsusi hazırlıq görülüb, şirniyyatlar bişirilib.
Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub. Azərbaycanda xüsusi coşqu ilə qeyd olunan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir.
Dini ayinlərin icrasından sonra bayram süfrəsi açılıb.
Keçidlər