Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar qəbul Qımılqışlaq kəndində keçirilib.

29 iyul 2022 | 15:14

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Sevil Mikayılova Qımılqışlaq kəndində səyyar qəbul keçirib. Qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsinə daxil olan Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərində yaşayan sakinlərin müraciətləri dinlənilib. Görüşdə yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbələri də iştirak edib.

İştirakçılar əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Daha sonra vətəndaşlar müraciət və təkliflərini səsləndiriblər. Sakinlər kəndlərin qazlaşdırılması, yaşayış məntəqələri üzrə elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, içməli və suvarma suyu ilə təchizatla bağlı müraciətlərini səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Milli Məclisin deputatı Sevil Mikayılova səsləndirilən müraciətlərin operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılacağını bildirib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər