Şriftin ölçüsü :

Saytın rəngi :

Sayad kəndində səyyar qəbul keçirilib

19 dekabr 2023 | 17:36
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar qəbulunu Sayad kəndində keçirib. Qəbulda Qalağan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Sayad, Qalağan, Hacılar, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Qəbuldan əvvəl rayon rəhbərliyi Sayad kəndində Şəhidlər-Abidə Kompleksinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Səyyar qəbulda sakinlər elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, daxili yolların təmiri, rabitə, və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər