Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xaçmazda vətəndaşları qəbul edib

04 avqust 2022 | 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Xaçmaz şəhərində Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
Qəbuldan əvvəl Xidmət rəisi, general-polkovnik Arzu Rəhimov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediərək, önünə gül dəstəsi qoyub.
Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, veteran adı və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Keçidlər