Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 12-ci ildönümü qeyd edilib

13 fevral 2024 | 15:24
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin bütün şəxsi heyətini xidmətin yaranmasının 12-ci ildönümü münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Hazırda Xidmət vətəndaşların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığında, həqiqi hərbi xidmətə çağırışında və digər bu kimi məsələlərin həllində əhəmiyyətli rol oynayır.
Tədbirdə iştirak edən yerli hüquq mühafizə orqanlarının rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin əməkdaşlarını təbrik edib, işlərində uğurlar arzulayıblar.
Sonda Xidmətin bir qrup əməkdaşına Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Keçidlər