"Şəhərsalma və Memarlıq İli" çərçivəsində geniş iməcilik keçirilib
04 aprel 2026 | 16:58
Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Xaçmaz şəhərinin və ətraf ərazilərin sanitar-təmizlik səviyyəsinin lazımi səviyyəyə çatdırılması məqsədilə geniş iməcilik keçirilib.
Təmizlik aksiyası zamanı Rayon Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin xüsusi texnikası və işçi qüvvəsi tərəfindən əsas küçə və prospektlər, səki kənarları, buradakı işıq dirəkləri, məhəccərlər, park və istirahət yerlərində mövcud olan oturacaqlar, eləcə də idman və uşaq əyləncə qurğuları yuyulub.
Park və xiyabanlara, prospektlərin kənarlarına yeni ağac və gül kolları əkilib, mövcud ağaclara və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Xaçmaz şəhəri və ətraf ərazilərin sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması və yaşıllıqların qorunması məqsədilə təmizlik aksiyaları il ərzində davam etdiriləcək.






