Şəhid ailələri, qazilər və rayon ictimaiyyəti üçün iftar süfrəsi açılıb
13 mart 2026 | 17:06
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Məclisin deputatı Ağalar Vəliyevin dəstəyi ilə şəhid ailələri, qazilər və rayon ictimaiyyəti üçün iftar süfrəsi açılıb. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ümumilikdə iftar süfrəsinə 600-ə yaxın rayon sakini qatılıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər müqəddəs Ramazan ayı və qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini səsləndiriblər. Bu müqəddəs ayın birlik, həmrəylik və xeyirxahlıq rəmzi olduğunu vurğulayıblar. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıblar.
Mərasimdə din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs olunub.






