Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri ziyarət olunub

26 sentyabr 2023 | 18:23
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Xaçmaz rayonunda daim ehtiramla anılır.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onların qayığları ilə maraqlanır.
27 Sentyabr – Anım Günü ərəfəsində bu tədbirlər davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri şəhid ailələrini evlərində ziyarət edib, müraciət və təkliflərini dinləyiblər.
Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər