Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Arəstə Baxışovanın xatirəsinə həsr olunan şahmat turniri keçirilib.

25 may 2022 | 08:13

Xaçmaz rayonunda Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr olunan şahmat turniri keçirilib. Heydər Əliyev mərkəzində təşkil edilən rəsmi hissədə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova və digər natiqlər turnirin əhəmiyyətindən danışıb. Daha sonra Arəstə Baxışovanın həyatından bəhs edən qısa metrajlı film nümayiş olunub. Qızlar və qadınlar arasında keçirilən turnir 6 yaş kateqoriyasını əhatə edib. Turnirdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzəndən olan 130-a yaxın iştirakçı gücünü sınayıb. Sonda qaliblər kubok, medal və sertifikatla təltif edilərək turnirin Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Keçidlər