Şəhid Cabar Əkbərovun ailəsi ziyarət olunub
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Cabar Əkbərovun ailəsini ziyarət edib.
Görüş zamanı şəhidimizin Vətən müharibəsində keçdiyi şücaətli döyüş yolundan, xatirələrindən söhbət açılıb.
Rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını qeyd edib.
Şəhidin valideynləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Cabar Əkbərov "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.