Şəhid Kamil Məmmədovun ailəsi ziyarət olunub.
28 oktyabr 2024 | 11:16
Şəhid Kamil Məmmədovun ailəsi ziyarət olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xudat kəndində şəhid Kamil Məmmədovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ordumuzun qələbəsindən söhbət açıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
Qeyd edək ki, Kamil Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Cəsur döyüşcü”, “Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"medalları ilə təltif edilib.