Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladlarının doğum günü qeyd olunub

18 may 2024 | 18:14
Xaçmaz rayonunda şəhid İlqar Hüseynilinin əkiz övladları Həsən və Hüseynin doğum günü qeyd olunub. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri və digər şəxslər Xudat şəhərində şəhid ailəsini ziyarət edib, icra başçısı Elnur Rzayevin təbriklərini çatdırıblar.
Söhbət zamanı şəhidlərimizin vətən qarşısında böyük və misilsiz xidmətləri olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir qəhrəmanımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu vurğulanıb.
Şəhid İlqar Hüseynlinin ailə üzvləri onlara hər zaman dövlət qayğısının göstərildiyini və buna görə Ali Baş Komandan İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər