Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Tural Ağcabəyovun 40 mərasimi keçirilib

30 oktyabr 2023 | 17:20

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Xaçmaz rayonunun Manafoba kənd sakini, Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağcabəyov Tural Təbriz oğlunun 40 mərasimi keçirilib.

Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidimizin ailə üzvlərinə və yaxınlarına bir daha baş sağlığı verib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağcabəyov Tural Təbriz oğlu 44 günlük Vətən müharibəsində iştirakçıxı olub. Döyüşlərdə göstəridyi şücayətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Ağdamın azd olunmasına görə” medalı ilə təltif edilib.

Tural Ağcabəyov həmçinin 2022-ci ilin sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alan hərbi qulluqçularımızdan olub. Ağcabəyov həmin vaxt yaralanaraq hərbi hospitala yerləşdirilib. Sağlamlığını tam bərpa etdikdən sonra yenidən Azərbaycan Ordusununun sıralarına qayıdıb.

Allah rəhmət eləsin!!!

Keçidlər