Şəhidlik zirvəsinə ucalan Elnur Rüstəmovla vida mərasimi keçirilib.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan hərbçilərimiz arasında Xaçmaz rayonu, Əbilyataq kənd sakini 1989-cu il təvəllüdlü Rüstəmov Elnur Faid oğlu da var. Şəhidimizlə yaşadığı Əbilyataq kəndində vida mərasimi keçirilib.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmləri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ictimayyət nümayəndələri, rayon sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.
Mərasimdə izdiham müşahidə olunub. Şəhidlərimizin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qəhrəman şəhidmlərimizin mətnliyindən, mübarizliyindən, Vətən uğrunda gedən döyüşlərdə göstərdikləri şücayətlərdən danışıb. Elnur Rüstəmov kimi mərd oğulların qanının yerdə qalmadığı vurğulanıb. Qeyd edilib ki, Xüsusi Təyinatlı dəstənin baş giziri, Elnur Rüstəmov 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüb. O, “Füzulinin azad olunmasına görə”, Zəngilanın azad olunmasına görə”, “Kələbəcərin azad olunmasına görə” və”Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhidimiz ailəli olub, onun üç övladı var.
Elnur Rüstəmov Əbilyataq kənd qəbristanlığında torpağa tapşırılıb.
Şəhidin tabutu üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin qanı yerdə qalmadı!