Şriftin ölçüsü :

Saytın rəngi :

Sel sularının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülüb

06 aprel 2026 | 16:53
Aprelin 4-ü və 5-də Xaçmaz rayonuna yağan güclü, leysan xarakterli yağışlar Niyazoba və ətraf kəndlərdə bir sıra fəsadlar yaradıb. Rayon ərazisindən keçən çayların məcrasından çıxması nəticəsində Niyazoba kəndində 105 evə ziyan dəyib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və aidiyyəti qurumların rəhbərləri Niyazoba kəndində vəziyyətlə yaxından tanış olublar. İcra başçısı zərərçəkmiş sakinlərlə görüşərək, fəsadların aradan qaldırılması ilə bağlı operativ tapşırıqlar verib.
Sel sularının qarşısının alınması, habelə təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində ərazidə kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir. Güclü leysan yağışları zamanı sel sularının digər yaşayış evlərinə zərər vurmasının qarşısını almaq məqsədilə diametri 1500 mm olan əlavə suötürücü dəmir-beton boru quraşdırılıb, eyni zamanda əraziyə nəqliyyat əlaqəsinin fasiləsizliyini təmin etmək üçün alternativ yol çəkilib.
Hazırda ərazidə xilasetmə, bərpa və yenidənqurma işləri davam etdirilir. Xaçmaz Rayon İcra Hakimiyyəti və aidiyyəti dövlət qurumları vəziyyəti daim nəzarətdə saxlayır, təbii fəlakətin nəticələrinin tam aradan qaldırılması üçün bütün zəruri tədbirləri planlı şəkildə həyata keçirir.
Keçidlər