Şriftin ölçüsü :

Saytın rəngi :

Sərkərli kəndində səyyar qəbul keçirilib

16 noyabr 2023 | 14:04
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Sərkərli kəndində səyyar qəbul keçirib.
Qəbulda Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Sərkərli, Armudpadar, Padar, Üçgünqışlaq, Üryanoba və Yergüc kəndlərinin sakinləri iştirak edib.
Səyyar qəbulda Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sakinlər ötən səyyar qəbulda qaldırılan bəzi məsələlərin o cümlədən yolların təmiri və elektrik təsərüfatının yenilənməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Həmçinin sakinlər yeni salınan yaşayış massivinə qaz xəttinin çəkilməsi, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, məktəb binasının təmiri, rabitə və bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər