Seyidlikəndyeri kəndində səyyar qəbul keçirib.
12 mart 2024 | 14:30
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Seyidlikəndyeri kəndində səyyar qəbul keçirib.
Qəbulda Seyidlikəndyeri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Aslanoba, Seyidlikəndyeri, Xuray və Aşağıoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər torpaq sahəsinin ayrılması, marşrut xəttinin açılması və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.