Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar görüşdə qaldırılan məsələlər həll olundu

17 may 2024 | 11:08
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən kənd və qəsəbələrdə keçirilən səyyar görüşlər zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlər görülür.
Yergüc kəndində keçirilən növbəti səyyar qəbul zamanı Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Padar kənd sakinləri yolların təmiri və məişət tullantılarının daşınması ilə bağlı mövcud problemləri gündəmə gətiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev hər iki məsələnin qısa zamanda həlli ilə bağlı aidiyyatı şəxslərə tapşırıqlar verib.
Bu gün Padar kəndinin daxili yollarında cari təmir işləri aparılıb, məişət tullantılarının daşınması təmin edilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər