Səyyar qəbullar davam edir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Dədəli İnzibati Ərazi Dairəsinə daxil olan Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba, Kiçik Baraxum və Palıdlı kəndlərinin sakinləri ilə görüşüb. Səyyar qəbulda yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləridə iştirak edib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, kəndlərarası yolun təmiri, içməli və suvarma suyu ilə təchziat eləcədə rabitə və internet kimi problemləri gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Vətən müharibəsi iştirakçılarına təltif olunduqları medallar təqdim olunub.