Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbullar zamanı qaldırılan məsələlər müzakirə olunub

08 sentyabr 2023 | 14:52
Xaçmaz Rayon İcra Hakimiyyətində xidmət təşkilatlarının rəhbərləri və yerli icra nümayəndələrinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Müşavirədə yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli, əhalinin qaz, işıq, su, yol və rabitə ilə təchizatı istiqamətində görülən işlər eləcədə qarşıda duran vəzifələr ətrfalı müzakirə edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev son bir ay ərzində sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı xidmət təşkilatlarının rəhbərlərinin və yerli icra nümayəndələrinin məruzlərini dinləyib. Ərazilərə nəzarətin artırılmasını, təmizlik məsələlərinin ciddi nəzarətdə saxlanılmasını və mövcud nöqsanların aradan qaldırılmasını tapşırıb.
Müşavirədə bəzi icra nümayəndələrinə ciddi iradlar tutulub və nöqsanların aradan qaldırılması ilə bağlı 1 ay müddətində vaxt verilib.
Keçidlər