Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ekoloji tədbir keçiriblər
09 may 2026 | 17:42
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən ağacəkmə aksiyası təşkil edilib.
Xudat–Yalama avtomobil yolunun kənarında keçirilən tədbir zamanı yerli iqlim şəraitinə uyğun 200 ədəd şam ağacı və müxtəlif gül kolları əkilib.
Aksiyanın əsas məqsədi ekoloji tarazlığın qorunması, yaşıllıq zonalarının genişləndirilməsi və Ümummilli Liderin ətraf mühitə göstərdiyi diqqət və qayğı ənənələrinin davam etdirilməsidir.
Əkilən ağac və kollar gələcəkdə yol kənarında həm hava keyfiyyətinin yaxşılaşmasına, həm də ərazinin estetik görkəminin formalaşmasına töhfə verəcək.






