Şriftin ölçüsü :

Saytın rəngi :

“Şimal” komandası Region Liqasının qalibi olub

25 may 2024 | 14:24
AFFA Region Liqasında 2023/2024 mövsümünə yekun vurulub. Şamaxı şəhər stadionunda keçirilən final matçında Xaçmazın “Şimal” komandası ilə paytaxtın "Hypers" komandası üz-üzə gəlib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan Xaçmaz təmsilçisi çempion olub.
"Şimal" komandası növbəti mövsüm 2-ci Liqada mübarizə aparacaq. Həmçinin Xaçmaz təmsilçisi ölkəmizi UEFA Region Kubokunda təmsil edəcək.
Oyundan sonra AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov qalib komandanın üzvlərini qızıl medal və kubokla təltif edib.
Keçidlər