Şriftin ölçüsü :

Saytın rəngi :

“Sülh aylığı” çərçivəsində “Gənclərlə mütaliə və melodiya” adlı kitab sərgisi təşkil olunub

29 avqust 2026 | 11:26
Xaçmaz rayonunun Zəfər parkında “Sülh aylığı” çərçivəsində “Gənclərlə mütaliə və melodiya” adlı kitab sərgisi təşkil olunub.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova və digər natiqlər “Sülh aylığı”nın əhəmiyyətindən, gənclərin dünyagörüşünün formalaşmasında və onlara mütaliə vərdişlərinin aşılanmasında bu cür tədbirlərin rolundan ətraflı bəhs ediblər.
Sərgidə yeni nəşr olunmuş kitablar, eləcə də yerli yazarlara məxsus əsərlər nümayiş etdirilib. Həmçinin müxtəlif rəsm və əl işlərindən ibarət eksponatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir xoş ab-havada, canlı musiqi və melodiyaların müşayiəti ilə davam edib.
Keçidlər