Sumqayıt-Yalama dəmir yolu xəttinin Xaçmaz rayonu ərazisindən keçən hissəsində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.
02 oktyabr 2023 | 18:15
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttinin Xaçmaz rayonu ərazisindən keçən hissəsində tikinti-quraşdırma işləri texnoloji ardıcıllığa uyğun olaraq davam etdirilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Sumqayıt-Yalama dəmir yolu xəttinin Çarxı stansiyası ərazisindən keçən hisəsində işlərin gedişi ilə maraqlanıb.
İş içraçıları məlumat verib ki, Sumqayıt-Yalama dəmir yolunun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, yoldəyişənlərin isə uzunluğu 7,5 km təşkil edir. Bu günədək yolun müəyən hissəsində hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb. Bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Paralel olaraq Çarxı stansiyası ərazisində piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün yeni körpüdə inşa olunur. Elnur Rzayev körpüyə baxış keçirib, yerli sakinlərlə görüşüb. Sakinlər görülən işləri yüksək qiymətləndirib, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması keyfiyyətli və sürətli yük daşımalarının həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq.