Şriftin ölçüsü :

Saytın rəngi :

Susayqışlaq kəndində səyyar qəbul keçirib.

03 oktyabr 2023 | 17:26
 
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Susayqışlaq kəndində səyyar qəbul keçirib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Qəbulda Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Maqsudkənd, Şollar, Pərdiqıran və Çaxçaxlı kəndlərinin sakinləri iştirak edib.
Sakinlər daxili yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, yeni bağça binasının inşası və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər