Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Xaçmaz rayonunda daim ehtiramla anılır

03 avqust 2022 | 11:49
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrini, eləcə də döyüşlər zamanı yaralanan qaziləri mütəmadi olaraq evlərində ziyarət edir.
Elnur Rzayev bu dəfə Mirzəmmədoba kəndində şəhid Sərxan Mirzəmmədovun ailəsini ziyarət edib. Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixi əhəmiyyəti vurğulanıb. Bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən dövlət qayğısından danışılıb. Səmimi söhbət zamanı şəhid Sərxan Mirzəmmədovun şərəfli döyüş yoluna nəzər yetirilib.
Qeyd edilib ki, xüsusi təyinatlı dəstənin kiçik çavuşu kimi döyüşlərə qatılan qəhrəmanımız Talış, Suqovuşan və Xocavəndin düşmən tapdağından azad olunmasında şücaət göstərib. Sərxan Mirzəmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlılarını bildiriblər.
Keçidlər