Şriftin ölçüsü :

Saytın rəngi :

Üçgünqışlaq kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

24 iyul 2023 | 15:45
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar qəbulunu Üçgünqışlaq kəndində keçirib. Qəbulda yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləridə iştirak edib.
Səyyar qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və hüquq mühafizə orqanlarının rəhbərləri şəhid Sadiq Arif oğlu Qurbanəliyevin büstünü ziyarət edib.
Qəbulda Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Armudpadar, Padar, Sərkərli, Üçgünqışlaq və Üryanoba kəndində yaşayan sakinlərin müraciətləri dinlənilib.
Sakinlər məktəb binasının təmiri, tibb məntəqəsinin inşası, su ilə təchizatın yaxşılaşdırılması və daxili yolların təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər