Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumi təhsil müəssisələrində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunub.

07 noyabr 2022 | 09:05

Xaçmaz rayonunun ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş konfranslar, dəyirmi masalar, “açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Vətən müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıb. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb.

Məktəblərdə Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri və intellektual oyunlarda keçirilib.

Keçidlər