Uzunoba kəndində sakinlərin müraciət və təklifləri dinlənildi.
06 noyabr 2025 | 09:35
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz rayon prokuroru Rəşad Məmmədov, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Uzunoba kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Uzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Uzunoba, Baraxum, Xəzərli, Şıxlı, Məçidoba, Şərifoba, Tikanoba və Yataqoba kənd sakinləri iştirak ediblər.
Sakinlər yolların təmiri, kəndlərə qaz çəkilməsi və mübahisəli torpaq məsələləri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






