Şriftin ölçüsü :

Saytın rəngi :

Uzunoba kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

05 mart 2024 | 15:35
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Uzunoba kəndində səyyar qəbul keçirib.
Görüşdə Uzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Baraxum, Xəzərli,Şıxlı, Məçidoba,Şərifoba,Tikanoba və Yataqoba sakinlərinin müraciəti dinlənilib.
Sakinlər qaz təchizatının bərpası, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər