Şriftin ölçüsü :

Saytın rəngi :

Uzunoba kəndində sakinlərlə görüş keçirilib

24 yanvar 2023 | 16:47

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə Uzunoba kəndində səyyar qəbul keçirib.

Qəbulda Uzunoba İnzibati Ərazi Dairəsinə daxil olan Baraxum, Xəzərli,Şıxlı, Meçitoba,Şərifoba,Tikanoba və Yataqoba kəndlərinin sakinləri iştirak edib.

Sakinlərin müraciət və təklifləri dinlənilib. Vətəndaşlar yeni məktəb binasının inşası, kəndlərarası yolun təmiri, qaz təchizatının bərpası, içməli və suvarma suyu ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər