Vətəndaşlara hüquqi yardım aksiyası keçirilib.
11 iyul 2025 | 09:44
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri tərəfindən rayon sakinləri üçün hüquqi yardım aksiyası keçirilib.
Vəkillər vətəndaşların müraciətini fərdi qaydada dinləyərək, onlara hüquqi məsləhətlər veriblər. Ümumilikdə gün ərzində 40-dan çox vətəndaşa hüquqi yardım göstərilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






