Şriftin ölçüsü :

Saytın rəngi :

VI Ümumrespublika Forumunda rayonumuzu təmsil edəcək uşaqlarla görüş keçirilib

22 noyabr 2024 | 12:32
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Xaçmaz rayonunu təmsil edəcək uşaqlarla Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Uşaqları məsuliyyətli olmağı, tədbirin gedişində aktiv iştirak etməyi, qazanılan təcrübəni həmyaşıdları arasında bölüşməyi tövsiyə edib. Sonda uşaqlara iştirakçı vərəqələri təqdim edilib
Qeyd edək ki, forumda Xaçmaz rayonunu Tibb Universitetinin birinci kurs tələbəsi Rüstəmova Jalə, Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına məktəb liseyin şagirdi Rəhmətullayeva Lalə, Xaçmaz şəhər 3 saylı tam orta məktəbin şagirdi Həbibova Nəzrin və Niyazoba kənd tam orta məktəbinin şagirdi Əhmədov Mövlud təmsil edəcəklər.
Keçidlər