Xaçmaz güləş məktəbinin yetirməsi Avropa çempionu oldu!
25 may 2026 | 14:36
Xaçmaz sərbəst güləşçisi Yusuf Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanıb.
38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb. Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək Avropa çempionu adını qazanıb.
Yusuf finala gedən yolda da inamlı çıxış edib. O, ukraynalı İvan Vasilkovu 10:0, Ermənistan təmsilçisi Norayr Gevorqyanı 11:0, belçikalı Məhəmməd Bisultanovu isə 13:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yeniyetmə güləşçinin ilk məşqçisi vaxtilə U-17 Avropa çempionatının qalibi olmuş Kamran Yunusovdur.
Yusufu böyük nailiyyəti münasibətilə təbrik edir, ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayırıq!






