Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib.

03 iyun 2022 | 17:50

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon Ağsaqqallar şurasının sədri Məhərrəm Abbasov illik fəaliyyətlərindən və gələcəkdə görüləcək işlərdən danışıb. Xaçmaz rayonunda şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığını və ağsaqqalların da bu nəcib işlərdə yaxından iştirak etdiyini vurğulayıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolundan söz açıb. Xaçmaz Rayon Ağsaqqallar Şurasının bir illik fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayıblar. Ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu günlərdə 75 yaşı tamam olan Veteranlar Şurasının Xaçmaz Rayon Təşkilatının sədri Fərhad Şeydayevi fəxri fərman və qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırıb.

Keçidlər