Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Gəncəliyev Kamil Əzizulla oğlu 50 illik yubileyi və dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərmanla təltif edilib.

19 fevral 2024 | 16:42
Bu münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətində yubilyarla görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 50 illik yubileyini qeyd edən Kamil Gəncəliyevi təbrik edib, ən xoş arzularını çatdırıb.
Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarıda təbriklərə qoşularaq yubilyara can sağlığı, iş fəaliyyətində uğurlar arzulayıblar.
Kamil Gəncəliyev göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə təşəkkürünü bildirib.
Keçidlər