Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri-baş mühasib Məmmədova Şamama Ələmməd qızı 50 illik yubileyi və dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərmanla təltif edilib.

08 fevral 2024 | 16:25
Bu münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətində yubilyarla görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əvvəlcə növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə təbriklərini səsləndirib. Həmçinin 50 illik yubileyini qeyd edən Şamama Məmmədovanı təbrik edib, ən xoş arzularını çatdırıb.
Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarıda təbriklərə qoşularaq yubilyara can sağlığı, iş fəaliyyətində uğurlar arzulayıblar.
Şamama Məmmədova göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə təşəkkürünü bildirib.
Keçidlər