Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısı yanında COP29 ilə bağlı yaradılmış Qərargahın ilkin iclası keçirilib.
07 noyabr 2024 | 17:24
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısı yanında COP29 ilə bağlı yaradılmış Qərargahın ilkin iclası keçirilib.
2024-cü il 11-22 noyabr tarixlərində Azərbaycanda müxtəlif ölkələri təmsil edən on minlərlə nümayəndənin iştirakı ilə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 keçiriləcəkdir.
Bununla əlaqədar, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı yanında hüquq mühafizə orqanlarının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları və Azərbaycan Avtomobil Yolları Dövlət agentliklərinin, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumlarının rəhbərlərindən ibarət xüsusi qərargah yaradılıb.
Xaçmaz rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargahın ilkin iclası keçirilib. Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev məlumat verərək bildirib ki, Rayon İcra Hakimiyyətində fasiləsiz növbətçilik qrafiki təsdiq edilib və (02332) 5-60-34 telefon nömrəsi qaynar xətt nömrəsi olaraq müəyyən edilib.
Qərargah üzvləri tərəfindən bütün məlumatların mütəmadi olaraq qərargaha verilməsinin təmin edilməsi, elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin və ərazilərin sanitar təmizliyinin təmin edilməsi ilə bağlı, müzakirələr aparılıb, tapşırıq və tövsiyələr verilib.