Xaçmaz Rayon İcra Hakimiyyəti, Regional Ədliyyə İdrarəsi və Rayon Məhkəməsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda konfrans keçirilib.
05 may 2023 | 17:45
Konfransda Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Xaçmaz Regional Ədliyyə idarəsinin və onun yurisdiksiyasına aid yerli ədliyyə qurumlarının işçiləri, hakimlər, rayon ictimaiyyəti, bələdiyyələr və media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərində abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar.
Xaçmaz Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin mənalı həyat və fəaliyyətinə həsr olunan fotostendlərlə tanış olublar.
Çıxışlarda xalqımızın milli sərvəti olan dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsinə və təbliğinə bundan sonra da böyük ehtiyac olacağı və bu irsin heç zaman tükənməyəcəyi bildirilib, Ulu Öndərin əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Sonda Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna həsr olunan “Tarixin izi ilə” qısametrajlı film nümayiş etdirilib.