Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar şəhid ailələri, qazilər və rayon ictimaiyyəti üçün ehsan süfrəsi açılıb.

12 dekabr 2025 | 12:04
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Çıxış edənlər Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi, dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən bəhs ediblər. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi Zəfərdən danışıblar.
Qeyd edilib ki, nə qədər müstəqil Azərbaycan dövləti və xalqı var, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq.
Keçidlər